Azərbaycanlı stolüstü tennisçi “Ginnesin Rekordlar Kitabı”na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin Rekordlar Kitabı”na yazdırıb.
Xia.az “Report”a istinadən xəbər verir ki, seçmə komandamızın üzvü Şüa İdman Kompleksində rekorda imza atıb.
Belə ki, o, şarı uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləyib.
Bu rekord hazırda türkiyəli Osman Gürcüyə məxsus idi (16.70 metr). N.Məmmədov bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi bacarıb.