Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası keçirilir
Qarabağ Dirçəliş Fondunun (QDF) maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilati dəstəyi ilə Laçın rayonunun Bəylik kəndinin “Bəylik Bağları” adlanan ərazisində ağacəkmə aksiyası keçirilib.
Xia.az xəbər verir ki, aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, o cümlədən ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti, ekoaktivistlər və yerli sakinlər iştirak ediblər.
Aksiya çərçivəsində müasir damcı suvarma sistemi çəkilən 2,8 hektarlıq ərazidə 700 meyvə ağacı əkilib. Ümumilikdə isə ərazidə 1 280 meyvə ağacı və 400 üzüm tinginin əkilməsi nəzərdə tutulur.