“Mançester Siti” “Çelsi”ni darmadağın etdi
İngiltərə Premyer Liqasının 32-ci turunda “Mançester Siti” səfərdə “Çelsi”ni 3:0 hesabı ilə məğlub edib.
Xia.az xəbər verir ki, oyun Londonun “Stemford Bric” stadionunda keçirilib.
Hesabı 51-ci dəqiqədə Niko Rayli açıb. 57-ci dəqiqədə Mark Gehi fərqi artırıb, 68-ci dəqiqədə isə Ceremi Doku üçüncü qolu vurub.
Hazırda “Çelsi” 48 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. “Mançester Siti” isə 64 xalla ikinci sıradadır və bir oyun ehtiyatı ilə lider “Arsenal”dan 6 xal geri qalır.