Aleksandr Oveçkin karyerasını bitirir? – Özündən açıqlama

QXfmSF0ZQgTURIblDMQImp0kEUvZJpNQevvDoXAL_1200

“Vaşinqton Kepitalz”ın ulduz hücumçusu Aleksandr Oveçkin Milli Hokkey Liqasında (NHL) “Pittsburq Pinqvinz” üzərində qazanılan inamlı qələbədən (3:0) sonra karyerasının gələcəyi ilə bağlı yayılan suallara aydınlıq gətirib.

Xia.az  “Championat” nəşrinə istinadən xəbər verir ki, məşhur idmançı bunun NHL-dəki sonuncu ev oyunu olub-olmaması barədə sualı cavablandırıb.

“Biz hazırda pley-offa vəsiqə qazanmaq uğrunda mübarizə aparırıq. Mən sabah və ya bir həftə sonra nələrin baş verəcəyi barədə düşünmürəm. Biz sadəcə olaraq bütün diqqətimizi oyuna cəmləməliyik”, – deyə Oveçkin qeyd edib.

Xatırladaq ki, paytaxt klubunun kapitanı olan rusiyalı forvard Aleksandr Oveçkinin NHL-dəki gələcək karyerası ətrafında qeyri-müəyyənlik davam edir. Bugünkü gərgin matç ərzində isə tribunalardakı azarkeşlər Aleksandrı daha bir mövsüm komandada qalmağa səsləyən davamlı şüarlar səsləndiriblər.