İki uşaq bağçasına müdirlər təyin olundu
Gəncədə iki uşaq bağçasına müdirlər təyin edilib.
Xia.az xəbər verir ki, bu barədə Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, Zərqələm Kazım qızı İbrahimova Göygöl rayonunun Xəqani kənd körpələr evi – uşaq bağçasının müdiri, Vüsalə Həsən qızı Hüseynova isə Gəncə şəhəri 19 nömrəli körpələr evi – uşaq bağçasının müdiri vəzifəsinə təyin olunub.