Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb

unqHDTqDwVHJDZPDXG4ENrK222L1A0Bb4PAFydEF_1200

Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə köç karvanları yola salınıb.

Xia.az  “Report”a istinadən xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə (18 nəfər), Çıldıran kəndinə 2 ailə (5 nəfər), Aşağı Oratağ kəndinə 9 ailə (56 nəfər), Heyvalı kəndinə 3 ailə (13 nəfər), Çapar kəndinə 2 ailə (6 nəfər), Xocalının Daşbulaq kəndinə isə 1 ailə (4 nəfər) köçürülür.