Bakıda binada PARTLAYIŞ: Kondisioner ustası ÖLDÜ, xəsarət alanlar var

NLDMqi2RRTOzHvFG6LR5zQEjZ6C8SGlU6iRBsjlb_1200

Bu gün saat 14:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.

Bu barədə Xia.az -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

“Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində daha iki nəfərə – 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım göstərilib”.