Bakıda qadınlara həsr edilən beynəlxalq konfrans keçirilib

uPgT1PbLLrLlxba3rtSk2zMUfskMqJmXiBrKjBJm_1200

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Xia.az  xəbər verir ki, konfrans çərçivəsində “Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanları”, “Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi” mövzusunda panel müzakirələri təşkil edilib.

Tədbirin davamında AQEM Qadınlar Şurasının ilk iclası baş tutub. Üzv ölkələrin nümayəndələri milli bəyanatlarını səsləndiriblər.

İclasda üzv dövlətlər arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatı rəsmi olaraq tətbiq edilib.