Gündə neçə dəfə yemək lazımdır? – Mütəxəssis rəyi
“Bəzi insanlar gündə altı dəfə, bəziləri isə yalnız iki dəfə qidalanmalıdırlar”.
Xia.az xəbər verir ki, bu barədə News.ru-ya müsahibəsində rusiyalı diyetoloq Marqarita Koroleva bildirib.
Mütəxəssis qeyd edib ki, sağlamlıq üçün gündə ən azı üç dəfə yemək vacibdir, lakin burada müəyyən istisnalar mövcuddur:
“Qidalanma tezliyi fərdidir və hər bir insanın şəxsi xüsusiyyətlərindən, məsələn, genetik amillərdən asılıdır”.
M.Korolevanın sözlərinə görə, sağlam qidalanmaq üçün məhsulların mütləq bahalı olması şərt deyil. İlk növbədə, orqanizmin tam protein mənbələrinə – yağlı və ya azyağlı ət, balıq və quş ətinə ehtiyacı var.
Diyetoloq əlavə edib ki, bağırsaq sistemi üçün ən faydalı elementlər tərəvəz, göyərti, meyvə və giləmeyvələrin tərkibindəki bitki lifləridir. Eyni zamanda, qidanın hər gün eyni vaxtda qəbul edilməsi orqanizmin bioloji ritmi üçün olduqca faydalı hesab olunur.