Riçard Almeyda “Qarabağ” klubu ilə bağlı xatirələrini bölüşüb
Braziliyalı futbolçu Riçard Almeyda “Qarabağ”dakı karyerası ilə bağlı xatirələrini bölüşüb.
Xia.az xəbər verir ki, o, “Metrópoles” nəşrinə müsahibəsində “Qarabağ” komandasında olarkən UEFA Çempionlar Liqasında “Çelsi”, “Atletiko Madrid” və “Roma” kimi klublara qarşı oynamağın xüsusi hiss olduğunu vurğulayıb.
“Əməyinin qiymətləndirilməsi möhtəşəm hissdir. Təxminən 14 il “Qarabağ”ın şərəfini qorudum. Bunun 10 il yarımını əsas heyətdə, qalan hissəsini isə ehtiyat oyunçular skamyasında keçirdim. Hər zaman məşqçinin etimadını qazanmışam. Həm meydanda, həm də ondan kənarda lider olmağa çalışmışam”.
Riçard əlavə edib ki, oynamadığı vaxtlarda belə komandaya dəstək olmağı vacib sayıb:
“Oynamadığım anlarda belə paltardəyişmə otağında komandaya dəstək olurdum. Bu da mənim töhfəm idi”.
Qeyd edək ki, 2012-ci ildə Braziliya futbolundan ayrılan oyunçu karyerası ərzində “Qarabağ”, Portuqaliyanın “Jil Visente”, yenidən Azərbaycanın “Zirə”, BƏƏ-nin “Baniyas” və Qazaxıstanın paytaxt təmsilçisi “Astana” klublarında çıxış edib.