Sumqayıtda dəm qazından zəhərlənən azyaşlılar evə buraxıldılar

UeuwGJ9etQSGopknrCt5SQhqCKgg7TRLNCFxXzB2_1200

Sumqayıtda hamamda dəm qazından zəhərlənən 5 azyaşlı evə buraxılıb.

Bu barədə Xia.az -a uşaqların atası Kamil Cəbrayılov məlumat verib.

O bildirib ki, azyaşlıların vəziyyəti normallaşdığı üçün onlar həkim nəzarəti olmaqla ambulator müalicə üçün evə buraxılıblar:

“Uşaqlardan dördünü dünən, birini isə bu gün evə gətirdik. Hazırda vəziyyətləri normaldır. Həkimlər bildirdilər ki, onların tam sağalması üçün evdə müalicə lazımdır. Ona görə də evə buraxdılar, müalicələri ev şəraitində davam etdiriləcək”.

Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində bir ailənin 6 azyaşlı üzvü hamamda dəm qazından zəhərləniblər. Azyaşlılar xəstəxanaya yerləşdrilsə də, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.