Bakıda “BakuBus” avtobusu YANIB?

AytkWSUGSwfrKugZSUgfVcxeJKnQ4Q1nQrD6Hxg9_1200

“Bu gün səhər saatlarında ‘”BakuBus” MMC-nin istismarında olan 17 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların birində nasazlıq halı qeydə alınıb”.

Bu məlumatı “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva verib.

Bakıda BakuBus avtobusu YANIB? - RƏSMİ

“Nasazlığın yaranmasına səbəb mühərrikin soyutma sisteminə aid boru xəttinə yağ sızması və yüksək temperaturun təsiri ilə buxarlanmanın baş verməsi olub. Sərnişinlər operativ şəkildə avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndiriliblər və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib.

Bildiririk ki, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi “BakuBus” MMC-nin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir və bu istiqamətdə bütün zəruri tədbirlər davamlı olaraq həyata keçirilir”, – deyə Ə.Əliyeva bildirib.