Şəmkir sakinini cərəyan vurub öldürdü

5azm9CuHe6hymQhTOz6coBBRkRlQfO58BgfEKJQC_1200

Şəmkir sakini bədbəxt hadisə nəticəsində ölüb.

Xia.az -ın məlumatına görə, hadisə aprelin 15-də rayonun Düyərli kəndində baş verib.

Kənd sakini Səhman Rəhim oğlu Rəhimovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.