Şəkidə 10 minə yaxın abonentin qazı kəsilib

VFPWsoAlsU9MDGRVTcWx3Z9GM1UFYI1Jr9nxMeyu_1200

Şəki rayonu ərazisində saat 13:15-dən etibarən Z.Əliyeva prospekti, R.Ocaqov, Sarabski, S.Mümtaz, Ə.Sultanov, P.Mustafayev, B.Vahabzadə, F.Abdurahmanov, Bağbanlar küçələri, Oxud, Qoxmuq, İnçə və Kiş kəndlərində ümumilikdə 9800 abonentin qaz təchizatı dayandırılıb.

Xia.az  xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması prospektdə PE-315 mm-lik qaz xəttində Təmiz Qaz QSC tərəfindən aşkar edilmiş sızmanın ləğvi ilə əlaqədardır.

Qeyd edilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.