“Ford” bir milyondan çox avtomobilini geri çağırır

0sA1d5jMJUNJ7TocMrLRf2XHWGRAkJl6O0nX2KQ7_1200

“Ford” şirkəti ABŞ-də transmissiyanın idarəetmə modulunun proqram təminatı ilə bağlı problemlər səbəbindən təxminən 1,4 milyon “F-150” markalı avtomobilini geri çağıracaq.

Xia.az  “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Qeyd olunur ki, proqram təminatındakı xəta hərəkət zamanı gözlənilmədən ikinci ötürməyə keçidə səbəb ola bilər. Bu, avtomobil üzərində nəzarətin itirilməsinə və qəza riskinin artmasına gətirib çıxarır.