Trampdan İranla bağlı yeni açıqlama

wrl74YygSkM7XjftJmRC2pLstCezojzEAv3yEqfO_1200

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında hələ də müəyyən fikir ayrılıqlarının ola biləcəyini etiraf etsə də, bu fərqlərin minimum səviyyədə olduğuna əminliyini bildirib.

Xia.az  xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Finiksdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Fikir ayrılıqları ola bilər, görək nə baş verəcək. Əgər belə məqamlar varsa, biz onları aradan qaldırmalıyıq. Lakin mən düşünmürəm ki, tərəflər arasında çoxlu əhəmiyyətli fikir ayrılığı qalıb”, – deyə D.Tramp əlavə edib.