BAEA: “Zəlzələ və sunamidən sonra Yaponiyanın nüvə obyektlərinə ziyan dəyməyib”

n7AYWXmTqsAGmHWPhAhnSkBUO5UAnFtE1Wv9WW03_1200

Yaponiyanın nüvə obyektləri zəlzələ və sunamidən sonra normal fəaliyyət göstərir.

Xia.az  xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bu barədə sosial mediada məlumat verib.

“Yaponiya BAEA-ya məlumat verib ki, bu gün baş verən 7.5 bal gücündə zəlzələdən və sunami xəbərdarlığından sonra təsir altındaq bölgələrdəki nüvə obyektlərində heç bir nasazlıq yoxdur”, – agentliyin açıqlamasında deyilir.

Qeyd olunub ki, Hiqaşidori, Onaqava, Fukuşima-1 və Fukuşima-2 atom elektrik stansiyaları normal fəaliyyət göstərir. Tokio Elektrik Enerjisi Şirkəti stansiyaların ətrafındakı radiasiya səviyyəsinin dəyişmədiyini təsdiqləyib.