Tramp: “ABŞ ilə İran arasında saziş axşam saatlarında imzalana bilər”

WcTeVJbnVFIWfjpldS4c5Q72QaMXU1ZtYIB17njy_1200


“ABŞ ilə İran arasında sazişin aprelin 20-də axşam imzalana biləcəyi ehtimal edilir”.

Xia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

O, “Fox Business”ə açıqlamasında “Razılaşma bu axşam imzalana bilər”, – deyə qeyd edib.

Bundan əvvəl Tramp “New York Post”a bildirib ki, ABŞ nümayəndə heyəti vitse-prezident Cey. Di. Vensin rəhbərliyi ilə İranla danışıqlar aparmaq üçün İslamabada yola düşüb. Onun sözlərinə görə, hər iki tərəf danışıqlara hazırdır.

Tramp, həmçinin zərurət yaranarsa, İran rəhbərliyi ilə şəxsən görüşməyə hazır olduğunu deyib. O qeyd edib ki, əsas şərt nüvə silahından imtinadır: “Nüvə silahından qurtulun. Bu, çox sadədir. Nüvə silahı olmayacaq”.

ABŞ-nin İranı məhz kimin idarə etdiyindən xəbərdar olub-olmaması barədə suala isə Tramp cavab olaraq vurğulayıb:

“Bizim kifayət qədər yaxşı təsəvvürümüz var və düşünürük ki, düzgün adamlarla iş aparırıq”.

Qeyd edək ki, ABŞ və İran arasında atəşkəsin müddəti aprelin 22-də başa çatır.