Tramp ABŞ-nin İranla “daha yaxşı saziş” üzərində işlədiyini açıqlayıb

LpQmqqZn2tOHWsdZMeudlvKOwMh5DEr4o8Utulyk_1200

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planından daha effektiv saziş üzərində iş getdiyini bildirib.

Xia.az  xəbər verir ki, bu barədə Tramp öz sosial şəbəkə hesabında yazıb.

“İranla hazırladığımız saziş 2015-ci ilin sazişindən qat-qat yaxşıdır. O, ABŞ-nin milli təhlükəsizliyi baxımından indiyədək bağlanmış ən pis sazişlərdən biri idi. Həmin sənəd nüvə silahına aparan yol idi və bizim hazırladığımız sazişlə bu, mümkün olmayacaq”, – deyə paylaşımda bildirilir.

Trampın sözlərinə görə, İran Birgə Hərtərəfli Fəaliyyət Planından yüzmilyardlarla dollar əldə edə bili. O, həmçinin qeyd edib ki, ABŞ onun rəhbərliyi dövründə bu sazişdən çıxmasaydı, İran sonda İsrailə, Yaxın Şərqə və regiondakı ABŞ hərbi bazalarına qarşı nüvə silahından istifadə edə bilərdi.

Ağ Ev rəhbəri yeni sazişin Yaxın Şərq, eləcə də ABŞ və Avropa üçün sülh və təhlükəsizlik gətirəcəyini vurğulayıb. O əlavə edib ki, İranla razılaşma əldə etməsi üçün ona heç bir təzyiq göstərilmir və bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.