Zabuxda 62, Həsənrizdə 37 nəfərə əkin məqsədli torpaqlar verildi
Azad edilmiş ərazilərdə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbulu zamanı Zabux kəndi sakinlərindən 145, Həsənriz kəndi sakinlərindən 139 və Qırmızı Bazar qəsəbəsi sakinlərindən isə 84 müraciət daxil olub.
Xia.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müraciətləri təsdiqlənmiş şəxslərdən Zabux kəndi üzrə 62 nəfər tərəfindən 8 kooperativ, Həsənriz kəndi üzrə 37 nəfər tərəfindən 4 və Qırmızı Bazar qəsəbəsi üzrə isə 8 nəfər tərəfindən 2 ailə kəndli təsərrüfatları formalaşdırılıb.
İlk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə kooperativlər və ailə kəndli təsərrüfatlarında birləşmiş sakinlər arasında icarə müqavilələri imzalanıb.