Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDI

xZ4RSffOmKzjd8Mlvb9t56egvv0UNyAh248Ky8L4_1200

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbində sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb.

Xia.az -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

“Vəziyyəti ağır olaraq qiymətləndirilir”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən gün Bakıda 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək onu alışqanla yandırıb. Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşlarının keçirdikləri təbdirlər nəticəsində saxlanılıb.