Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI

FzLyE23CHmIbPc4Dzm4bHAcuM3o82G3FuM8fM8gl_1200

ABŞ-İran danışıqlarının baş tutmayacağı ehtimalı ilə əlaqədar kəskin artımdan sonra neft qiymətlərində ucuzlaşma baş verib. Buna müzakirələrin keçiriləcəyinə dair yayılan son xəbərlərin səbəb olduğu bildirilir.

Xia.az  xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 9:14-də Londonun ICE birjasında iyun ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 1.19 dollar (1.25%) azalaraq bir barel üçün 94.29 dollara düşüb. Əvvəlki sessiyada “Brent” markalı neft 5.10 dollar (5.64%) artaraq bir barel üçün 95.48 dollar olmuşdu.

Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 1.02 dollar (1.14%) azalaraq bir barel üçün 88.59 dollara düşüb. Əvvəlki sessiyada WTI markalı xam neftin qiyməti 5.76 dollar (6.87%) artaraq bir barel üçün 89.61 dollara çatmışdı.