Rusiyada üç turist dağda donaraq öldü

bk8RfObV4gRTWYl5otamZdrskAm66RFroD0zftUk_1200

Rusiyanın Buryatiya Respublikasının Okin rayonunda turist marşrutlarından birinin üzərində üç nəfərin meyiti tapılıb.

Xia.az  “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb:

“Okin rayonunda Munku-Sardık dağından eniş zamanı ilkin məlumatlara görə üç nəfər hipotermiyadan (bədənində temperaturun aşağı düşməsi nəticəsində yaranan simptomdur. İnsanın uzun müddət soyuq şəraitdə qalması nəticəsində yaranır – red.) həyatını itirib. Onların şəxsiyyətləri müəyyənləşdirilir”.

Hadisə yerinə axtarış-xilasetmə qüvvələri göndərilib. Qeyd olunur ki, həlak olanların meyitləri aprelin 20-dən 21-nə keçən gecə aşkarlanıb. Turist qrupu Buryatiyaya Krasnoyarskdan gəlibmiş.