İsa Rüstəmov Avropa çempionatında gümüş medal qazanıb

lt7LRe2deKgS91G2NkrZnOII3YVd6819h2yW5okc_1200

Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

Xia.az  xəbər verir ki, 71 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 147 kq nəticə göstərərək ikinci yeri tutub.

O, təkanla qaldırma hərəkətində 180 kq çəkini ram edərək bu növdə dördüncü olub.

İ.Rüstəmov toplamda 327 kq nəticə ilə yarışı dördüncü pillədə başa vurub.