Moldovalı oliqarx milyard dollarlıq mənimsəməyə görə 19 il həbs olundu

JF9nYuoU3bN4YEXsDfq7xKNbiYlrJpe6jlj2tysp_1200

Moldovada Demokratik partiyanın keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk 19 il həbs cəzasına məhkum edilib.

Xia.az  xəbər verir ki, bu barədə Kişineu məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu qərar ölkənin bank sistemindən 1 milyard dollar mənimsənilməsi işi üzrə qəbul olunub.

Moldovada “əsrin oğurluğu” adlandırılan – banklardan təxminən 1 milyard dolların çıxarılması ilə bağlı korrupsiya qalmaqalı 2015-ci ildə başlayıb.

Söhbət üç Moldova bankından – “Banca de Economii”, “Banca Sociala” və “Unibank”dan gedir. Sözügedən maliyyə qurumları birlikdə ölkənin bank aktivlərinin təxminən üçdə birinə sahib idilər.