Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

Qw4y3H8dmi8yWiV4s3EriemXYJ1a1hC8vWvUazDs_1200

Baş naziri Əli Əsədov Azərbaycandakı fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Xia.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.