Evlənmək istəyən 700-dən çox şəxsdə talassemiya daşıyıcılığı aşkarlandı
2026-cı ildə nikah bağlamaq üçün müraciət edən və müvafiq olaraq analizlər götürülən 745 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb.
Xia.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
Hazırda ölkəmizdə 3 190 nəfər talassemiya xəstəsinin rəsmi qeydiyyatda olduğu bildirilir. Pasiyentlər tam şəkildə dövlət hesabına müalicə və dərman preparatları ilə təmin olunurlar.
Qeyd edək ki, talassemiya valideynlərdən genetik olaraq keçən, qanda hemaqlobinin yaranmasına təsir edən genetik bir xəstəlikdir.