Rusiyada qar uçqunu ilə bağlı NÖVBƏTİ FACİƏ

ip7d0oPcekwu83WOrX7fwp06f5US7NkwmilYl6y5_1200

Rusiyanın Buryatiya Respublikasında dağlıq ərazidə dörd turist qar uçqununun altında qalıb.

Xia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi məlumat yayıb.

“Aprelin 24-də Munku-Sardık dağındakı aşırımda qar uçqunu olması barədə məlumat alınıb. İlkin məlumatlara görə, dörd nəfər qar uçqunu altında qalıb. Onların şəxsiyyətləri müəyyən edilir”, – deyə açıqlamada bildirilib.

Rusiya Federasiyasının Buryatiya üzrə İstintaq Komitəsinin yaydığı məlumatda isə bildirilir ki, turist qrupu yeddi nəfərdən ibarət olub.

“İlkin məlumatlara görə, yeddi nəfərdən ibarət qeydiyyatsız qrup zirvəyə doğru dırmaşan zaman aşırımlardan birində qar kütləsi onların üzərinə düşüb. Turistlərdən üçü yamacdan kənarda tapılıb. Onlar xəsarət alıblar, hadisə barədə ratsiya vasitəsilə xəbər verə biliblər. Qrupun qalan üzvlərinin qar altında qaldığı güman edilir”, – deyə idarədən bildirilib.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Qeyd edək ki, bu, sözügedən ərazidə son günlər baş verən ikinci oxşar hadisədir. Daha əvvəl Munku-Sardık dağından eniş zamanı üç nəfər turist donaraq ölmüşdü.