Ağ Evin mətbuat katibindən Vaşinqtondakı hoteldə atışma öncəsi qəribə bəyanat

IrC7hDwS1OphTTOx8iqjsRwkOFRWZb5K2gy1ID4m_1200

Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ Prezidenti Donald Trampın iştirakı ilə “Washington Hilton” hotelində keçirilən təntənəli şam yeməyindən qısa müddət əvvəl diqqətçəkən bəyanatla çıxış edib.

Xia.az “Fox News” telekanalına istinadən xəbər verir ki, K.Livitt şərhində “atəşlər” barədə xəbərdarlıq edib.

*Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı – FOTO/VİDEO

*Trampın iştirak etdiyi qəbulda atəş açan şəxsə qarşı ittiham irəli sürülüb

*Trampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıb

*Trampın olduğu tədbirdə atəş açan şəxslə bağlı maraqlı detallar üzə çıxıb

“Sizə deyim ki, bugünkü çıxış klassik Tramp çıxışı olacaq – o, gülməli və əyləncəli olacaq. Bu axşam zalda “atəşlər” açılacaq, ona görə də hər kəs izləməlidir”, – deyə K.Livitt vurğulayıb.

Qeyd olunub ki, o, “atəş” deyərkən müxtəlif zarafatları və replikaları nəzərdə tutub.