Hakan Fidan amerikalı vasitəçilərlə İran üzrə danışıqları müzakirə edib

0qsEegJo9XVkvS5YAo4j9imvUo25GYAPcdFpVlYc_1200

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ rəsmiləri, eləcə də iranlı və pakistanlı həmkarları ilə telefon vasitəsilə İran və ABŞ arasındakı danışıqlar prosesini müzakirə edib.

Xia.az  bildirir ki, TASS-ın Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən verdiyi xəbərə görə, müzakirələr son iki gün ərzində baş tutub.

“Xarici işlər naziri Hakan Fidan aprelin 26-da amerikalı vasitəçilərlə telefon danışığı aparıb. Tərəflər ABŞ və İran arasındakı danışıqların mövcud vəziyyəti barədə fikir mübadiləsi aparıblar”, – deyə mənbə bildirib.

Mənbə, həmçinin əlavə edib ki, şənbə günü axşam saatlarında H.Fidanın iranlı və pakistanlı həmkarları ilə də eyni məsələ ətrafında təmasları olub:

“Aprelin 25-də Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçı və Pakistanın xarici işlər naziri İshaq Dar ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb. Müzakirələr İran və ABŞ arasındakı danışıqlar prosesindəki son hadisələrə həsr olunub”.