Lerikdə AĞIR QƏZA: İki ay əvvəl evlənən qazi ÖLDÜ
Lerik rayonunun Nəsodi kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1999-cu il təvəllüdlü Motlayataq kənd sakini Həmzə Pənah oğlu Mirseyidzadə ilə bağlı bəzi detallar məlum olub.
Xia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, H.Mirseyidzadə Vətən müharibəsi iştirakçısı olub.

O, iki ay əvvəl ailə həyatı qurubmuş.
Faktla bağlı araşdırma aparılır.