İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb

x0LL0ewthmvIc9IcPYkFIW6pq0GRDzXI0MGYEunj_1200

İmişlidə 39 yaşlı qadın faciəli şəkildə ölüb.

Xia.az -ın məlumatına görə, hadisə aprelin 28-də gecə saatlarında rayonun Qızılkənd kəndində baş verib.

Kənd sakini – 1987-ci il təvəllüdlü Vüsalə Rəhman qızı Ağalarova yaşadığı evin hamamında dəm qazından boğulub. Yaxınları onun meyitini vanna otağında aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.