Müəllimlərin sertifikatlaşdırılmasının sonuncu mərhələsi keçiriləcək

SIi7jCbZBlntynR0AbrfeWmhQO90LPYMvKL8YEI1_1200

“Bu il müəllimlərin sertifikatlaşdırılmasının sonuncu mərhələsi keçiriləcək”.

Xia.az  xəbər verir ki, ki bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, artıq 80 mindən çox müəllim sertifikatlaşdırma prosesinə cəlb olunub.

“Cari ildə bu müəllimlərin sayının 100 minə çatdırılması planlaşdırılır. 90 min müəllimin əməkhaqqısı differensial qaydada tənzimlənəcək”.

Eşqi Bağırov əlavə edib ki, 2026-cı il üzrə sertifikatlaşdırılma prosesinin 17-25 iyun tarixində təşkil olunması planlaşdırılır.