Azərbaycanda gömrük ödənişlərinin qaytarılması müddəti ARTIRILIR

FBm5rExw8gSi9k7GcW7xyjsPPWCSxIr3YhnyNMHD_1200

Gömrük ödənişlərinin qaytarılması barədə müraciətin müddəti artırılır.

Xia.az -ın məlumatına görə, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənədə əsasən, gömrük ödənişlərinin bu məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən üç il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.

Mövcud qanunvericilikdə həmin müddət bir ildir.

Həmçinin əlavə edək ki, 267.1 maddədə göstərilən hallar aşağıdakılardır:

– mallar qüsurlu olduqda;

– gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə.