Meksikada turist avtobusu aşıb: Çox sayda ölən var – FOTO-VİDEO
Meksikanın qərbindəki Nayarit ştatının Amatlan-de-Kanyas bələdiyyəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə ən azı 11 nəfər ölüb, 16 nəfər yaralanıb.
Xia.az -ın TASS-a istinadən xəbərinə görə, bu barədə region baş prokurorluğundan məlumat verilib.
“İlkin məlumatlara görə, ölənlərdən 6 nəfəri hadisə yerində, 5-i isə xəstəxanada həyatını itirib”, – deyə qurumun rəsmi məlumatında bildirilib.
Hadisə yerində müstəntiqlər, kriminalistlər və digər qurumların əməkdaşları işləyirlər.
İddialara görə, turist avtobusunun sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəşrin məlumatına görə, bütün sərnişinlər qonşu Xalisko ştatının sakinləri olublar və oradan məşhur “El-Manto” təbiət parkına gedirmişlər.