Sərnişin təyyarəsi Şanxay hava limanında trapla toqquşub – VİDEO

Oy8tBbeISkUJ268jXtLd0IpRwrYzZQXRnf3sDTYJ_1200

“China Eastern Airlines” aviaşirkətinə məxsus “Airbus A350-941” sərnişin layneri Şanxayın “Xunqyao” hava limanında hərəkət edərkən teleskopik trapa çırpılıb.

Xia.az xəbər verir ki, bu barədə məlumatı “Breaking Aviation News” portalı “X” platformasında paylaşıb.

Qeyd olunan insident şənbə günü günorta radələrində, təyyarənin Çenqduda yerləşən “Şuanlyu” aeroportundan həyata keçirdiyi MU5406 reysinin enişindən sonra baş verib.

Yerli hakimiyyət orqanlarının açıqlamasına görə, baş vermiş toqquşma hadisəsinin təfərrüatlarını aydınlaşdırmaq məqsədilə rəsmi araşdırmalara başlanılıb.