ABŞ İranın blokadası zamanı 48 gəminin qarşısını alıb
ABŞ dəniz blokadasına başlayandan bəri İran limanlarına yönələn və ya oradan çıxmağa çalışan 48 gəminin qarşısını alıb.
Xia.az xəbər verir ki, bu barədə CENTCOM sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, son 20 gün ərzində İranla əlaqəli 48 gəmi blokadanın icrası məqsədilə marşrutunu dəyişməyə məcbur edilib.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “New Orleans” desant gəmisi hazırda Ərəbistan dənizində yerləşir və patrul xidmətini davam etdirir.
Qeyd edək ki, ABŞ-nin İran limanlarına qarşı dəniz blokadası aprelin 13-dən qüvvədədir. Pentaqonun məlumatına görə, ələ keçirilən gəmilərdən 31-i ümumilikdə 53 milyon barel İran nefti daşıyan tankerlər olub və bu yüklərin dəyəri azı 4.8 milyard dollar təşkil edir.