Londonda atışma zamanı dörd nəfər yaralanıb
Böyük Britaniyanın paytaxtı Londonda baş verən atışma nəticəsində dörd nəfər xəsarət alıb.
Xia.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Hadisə mayın 1-dən 2-nə keçən gecə Brikston ərazisində qeydə alınıb. Naməlum şəxs avtomobildən insanların çox olduğu barbekü məclisinə doğru atəş açıb.
Zərərçəkənlərdən biri – 25 yaşlı kişi – ağır vəziyyətdədir. Digər üç nəfər yüngül yaralanıblar.
Hazırda hadisə ilə bağlı saxlanılan yoxdur. Hüquq-mühafizə orqanları baş verənləri “nizamsız zorakılıq aktı” kimi qiymətləndirib.