Türkiyədə məktəbdə törədilmiş qətliamda ölənlərin sayı artdı

vvwuUlUtWIKCOePFjFzbsmfCf81FkBQYWyV5Awt2_1200

Aprelin 16-da Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbdə baş vermiş silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Xia.az  İHA agentliyinə istinadən xəbər verir ki, hücum zamanı ağır yaralanan 11 yaşlı Almina Ağaoğlu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Türkiyədə doqquz nəfəri güllələyərək öldürən şagirdlə bağlı ŞOK DETAL – VİDEO – FOTO

Baş nahiyəsinin arxasından iki güllə yarası alan Ağaoğu Reanimasiya şöbəsində müalicə alırdı. Bununla da faciədə ölənlərin sayı 11-ə çatıb

Xatırladaq ki, silahlı hücumu məktəbin 8-ci sinif şagirdi İsa Aras Mersinli törətmişdi. Mersinli hadisə zamanı özü də ölüb. Onun atası və anası isə hadisədən sonra həbs edilib.

Türkiyədə məktəbdə törədilmiş qətliamda ölənlərin sayı artdı