“Brent” markalı neft ucuzlaşır – SON QİYMƏT
Qlobal bazarda neftin ucuzlaşması müşahidə olunur.
Xia.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat verib.
Bakı vaxtı ilə saat 9:11-də Londonun ICE birjasında iyul ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 0.12 dollar (0.11%) azalaraq bir barel üçün 108.05 dollara düşüb. Əvvəlki sessiyada “Brent”in qiyməti 2.23 dollar (2.02%) azalaraq 108.17 dollar olmuşdu.
Nyu-York Ticarət Birjasında (NYMEX) ) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.49 dollar (0.48%) ucuzlaşaraq bir barel üçün 101.45 dollara düşüb. Əvvəlki sessiyada WTI markalı neft 3.13 dollar (2.98%) ucuzlaşaraq bir barel üçün 101.94 dollar olub.