“Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün könüllü qeydiyyatı başladı
Bu il Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatı başlanıb.
Bu barədə Xia.az -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Könüllülər üçün minimum yaş həddi 16-dır. Xarici dil biliklərinə malik namizədlərə seçim prosesində üstünlük veriləcək.
Müraciətlər mayın 4-dən etibarən qəbul edilir, yüksək maraq və rəqabətli seçim prosesi nəzərə alınaraq namizədlərə gecikmədən müraciət etmələri tövsiyə olunur.
Müraciətlər bu ildən etibarən yalnız BCC mobil tətbiqi vasitəsilə qəbul olunur və qeydiyyat tamamilə bu platforma üzərindən həyata keçirilir.
2025-ci ildə rekord sayda – 30 mindən çox müraciət qeydə alınıb, onlardan yalnız 2 min könüllü seçilib ki, bu da proqramın yüksək rəqabət səviyyəsini göstərir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.