Yaxın Şərqdə gözlənilməz aviasiya qərarı: Qətər və BƏƏ səmasında məhdudiyyətlər başladı

BiJDDjj8Je8dRkyAtbmHn1MJpFXlRiRF4URS7RDk_1200

Qətər hava məkanını mayın 11-dək qismən bağlayıb.

​Xia.az  xəbər verir ki, bu barədə TASS agentliyi Yaxın Şərqin hava hərəkətini idarəetmə xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

​”Qətərin aviasiya qurumları hava məkanını qismən bağlayıb. Bu məhdudiyyətlərin mayın 11-i axşam saatlarınadək qüvvədə qalacağı gözlənilir”, – deyə mənbə bildirib.

Məlumata əsasən, qonşu ölkələrdən əmirliyə daxil olan reyslər üçün hava məkanında dörd nəzarət-buraxılış nöqtəsi təyin edilib. Eyni zamanda, Qətərdən Bəhreyn və Səudiyyə Ərəbistanı istiqamətində uçuşlar həyata keçirmək üçün üç çıxış nöqtəsi müəyyənləşdirilib.