Cəlilabadda DƏHŞƏT: Məktəblilərin mübahisəsi valideynlərin qanlı davasına səbəb oldu

4Za0LvMJcBmpMPJZPYmAtrgH9hucL6pnwFzvHlUc_1200

“Mayın 8-də saat 20:00-da 1985-ci il təvəllüdlü şəxs (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, ona dəqiqləşdirilməmiş çoxsaylı açıq yaralar diaqnozu təyin edilib:

“Pasiyent cərrahi əməliyyata alınıb, hazırda vəziyyəti stabil qiymətləndirilir”.