WUF13 könüllüləri Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləşmob keçiriblər
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş simvolik fləşmob WUF13 könüllülərinin iştirakı ilə tədbirin keçiriləcəyi məkan olan Bakı Olimpiya Stadionunda təşkil edilib.
Xia.az xəbər verir ki, 600-dən çox könüllünün iştirakı ilə keçirilən fləşmob zamanı ” Heydər Əliyev 103″ yazısı formalaşdırılıb.
Bu təşəbbüs müasir Azərbaycanın memarı, ölkəmizin inkişafına, şəhərsalma kimliyinə və müasir memarlıq tərəqqisinə mühüm töhfələr vermiş Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə ehtiramın ifadəsidir.