Azərbaycanlı idmançı “Ginnesin Rekordlar Kitabı”na düşdü – RƏSMİ
Stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin Rekordlar Kitabı”na yazdırıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından Oxu.Az-a verilən məlumata görə, bununla bağlı müvafiq qurumdan rəsmi təsdiq sənədi göndərilib.
Gənclər və İdman Nazirliyinin, Stolüstü Tennis Federasiyasının rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə o, bu hərəkəti 18.2 metr məsafədən uğurla həyata keçirib.
Qeyd edək ki, bundan əvvəl həmin rekord (17.5) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.