Ana Falu Azərbaycana təşəkkür etdi

4n6GhqrBROAKC66HdHd1KDnmp83Ig70YNmjDwsWx_1200

“Azərbaycanın forum iştirakçılarına göstərdiyi qonaqpərvərliyi yüksək qiymətləndirərək Azərbaycan hökumətinə, könüllülərə və tədbirin təşkilində iştirak edən bütün tərəfdaşlara təşəkkür edirəm”.

Xia.az  xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimində çıxış edən Latın Amerikası Qadınlar və Məskunlaşma Şəbəkəsinin həmtəsisçisi Ana Falu deyib.

O qeyd edib ki, qadınların səsinin eşidilməsi həlledici əhəmiyyət daşıyır.

“Qadın hüquqları sahəsində müəyyən irəliləyişlər əldə olunsa da, dünyada milyonlarla qadın hələ də sistemli ayrı-seçkiliklə üzləşir. Qadınlar irqindən, etnik mənsubiyyətindən, yaşından, əlilliyindən və yaşadığı ərazilərdən asılı olaraq çoxsaylı maneələrlə qarşılaşırlar. Bu problemlər onların adekvat mənzil hüququna, şəhər hüququna və yaşadıqları ərazilərin inkişafında iştirak imkanlarına mənfi təsir göstərir”.

Ekspert qadınların qərarvermə proseslərində daha fəal iştirakının vacibliyini vurğulayıb:

“Buna görə də qadınların səsini dinləməyə ehtiyac var. Qadınların səsinin eşidilməsi həlledici əhəmiyyət daşıyır”.

O əlavə edib ki, şəhərsalma və mənzil siyasətinin hazırlanmasında qadınların iştirakı gücləndirilməli, onların hüquqları dayanıqlı və inklüziv şəhərlərin qurulmasının əsas şərtlərindən biri kimi nəzərə alınmalıdır.