Masazırda avtoqəza: Sıxılmış vəziyyətdə qalan sərnişin necə xilas edildi?
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ-2106 və “Chevrolet” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə deformasiyaya uğramış VAZ-da sıxılı vəziyyətdə qalan sərnişin – 2000-ci il təvəllüdlü Əşrəf Mahir oğlu Nəcəfovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.