Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.
Xia.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in “X” sosial şəbəkə hesabında yayılıb.
“Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanların faciəvi şəkildə həlak olması və bir çoxlarının yaralanması ilə nəticələnən mənfur terror hücumunu qətiyyətlə pisləyirik.
Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və bu çətin dövrdə qardaş Pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Bu cür terror aktlarına heç vaxt bəraət qazandırıla bilməz”, – deyə XİN-in paylaşımında bildirilib.
We strongly condemn the heinous terrorist attack targeting a train in Quetta, #Pakistan, which resulted in the tragic loss of innocent lives and left many others injured.
We extend our heartfelt condolences to the families of the victims and express our solidarity with the…— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) May 24, 2026