Kamçatkada qar nəhayət əridi: Görüntülər hər kəsi heyrətə saldı

DV4zOFROX1mQongWHfnigCVmhJbiScKn2T0jTKrw_1200

Rusiyanın Petropavlovsk-Kamçatski bölgəsində qar kütləsinin ağırlığından əzilən avtomobillərin görüntüləri yayılıb.

Xia.az  xəbər verir ki, bu barədə “Amur Mash” “Telegram” kanalı paylaşım edib.

“Yarımadanın paytaxtında qar nəhayət əriyib. İndi şəhərin küçələrində və dayanacaqlarda şüşələri qırılmış, damları çökmüş çox sayda zədələnmiş maşın var. Bütün bunlar qış mövsümündə regionda müşahidə edilən anormal qar yağışlarının nəticəsidir”, – deyə məlumatda qeyd olunur.

İnternetdə paylaşılan kadrlardan dayanacaqdakı nəqliyyat vasitələrinin ciddi şəkildə zərər gördüyü aydın olur: hələlik həmin maşınların bərpa edilib-edilməyəcəyi məlum deyil.