Oğuzda 14 ağacı kəsən şəxsi polis yaxaladı

2O1dFFjDxPL29HdtKA5LFw2hfCNLGpZNBIZoLbn2_1200

Oğuz rayonunda ağacları qanunsuz şəkildə kəsən şəxs saxlanılıb.

Xia.az -ın məlumatına görə, rayonunun Sincan kəndi ərazisində 14 ədəd qızılağac və qovaq ağacının kəsilməsi, nəticədə təbiətə 5 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 30 yaşlı kənd sakini Abdulhafiz Bəşirli saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.